Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tahirov Firdovsi Balaxan oğlu

     

 

Doğum tarixi: 01.03.1997
      Şəhid olub: 27.09.2020
      Rütbə: Əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Cəsur döyüşçü» medalı

 

 

 

 

 

 

Firdovsi Tahirov 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix üzrə ali təhsil alıb. Subay idi.

Firdovsi Tahirov 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət eləyib.

Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.  Lerik rayonunun Dico kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər