Əhalisi
Rayon əhalisinin sayı 86585 (01 yanvar 2021) nəfərdir. Əhalinin 43904 nəfəri və ya 50,70 faizi kişi, 22270 nəfəri və ya 25.72 faizi gənclərdir. 2009-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 88,49 faizini azərbaycanlılar, 11,42 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.
Əhalinin 9,98 %-i şəhərdə, 90,02 %-i kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı 1 kvadratmetrdə 80 nəfər, şəhərdə isə 1 kvadratmetrdə 86.6 nəfərdir.
Əhalinin ümumi sayından 22 faizi 0-14 yaşda olan uşaq və yeniyetmələr, 62.73 faizi əmək qabiliyyətli yaşda, 0,6 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.
Demoqrafik göstəricilər | 2019 | 2020 | Artım | |
---|---|---|---|---|
Əhalisi sayı | cəmi | 85765 | 86585 | +820 |
şəhər | 8576 | 8657 | +81 | |
kənd | 77189 | 77928 | +739 | |
Doğulanların sayı | 1400 | 1322 | -78 | |
Ölənlərin sayı | cəmi | 361 | 509 | +148 |
1 yaşadək | 13 | 3 | -10 | |
Nikahların sayı | 592 | 345 | -247 | |
Boşanmaların sayı | 71 | 50 | -21 | |
rayona daimi yaşamaq üçün gələnlər | 113 | 45 | -68 | |
rayondan daimi yaşamaq üçün gedənlər | 98 | 38 | -60 | |
əhalinin miqrasiya artımı | 15 | 7 | -8 |
Lerik rayonu üzrə iqtisadi fəal əhalinin sayı 42466 nəfərdir ki, bu da əmək qabiliyyətli əhalinin 79.6 %-i deməkdir. Məşğul əhalinin 232 nəfəri (0.5%) Lerik rayonu üzrə iqtisadi fəal əhalinin sayı 42805 nəfərdir ki, bu da əmək qabiliyyətli əhalinin 79.6 %-i deməkdir. Məşğul əhalinin sayı 397 min nəfərdir. Bunun 22,6 min nəfəri (56,9%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 100 nəfəri (10,3%) mədənçıxarma sənayesində, 800 (20%) nəfəri emal sənayesində, 200 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və emalı sahəsində, 100 nəfəri (0,3%) su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2100 nəfəri(5,3%) tikintidə, 4,3 min nəfəri (10%) ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 0,7 min nəfəri (1.8%) nəqliyyat və anbar təsərrüfatında, 0,7 min (1.8%) nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 0,2 min nəfəri (0.5%) informasiya və rabitədə, 0,1 min nəfəri (0.3%) maliyyə və sığorta fəaliyyəti sahəsində, 0.1 min nəfəri (0.3%) daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, 0,1 min nəfər (0.3%) peşə, elm və texniki fəaliyyət sahəsində, 0,3 min nəfər (0.8%) inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, 2 min nəfəri (5.04%) dövlət idarəetmə və müdafiə, sosial təminat sahəsində, 3,4 min nəfər(8.6%) təhsil sahəsində, 0,8 min nəfər (2.02%) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 0,6 min nəfər (1.5%) istirahət, əyləncə və incəsənət sahəsində (fəaliyyət), 0,5 min nəfər (1.3%) digər sahələrdə xidmətlərin göstərilməsində çalışır.
Dağlıq Qarabağ savaşında Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.
Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 168 il (1805-1973) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Aĝayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, "buranın yerli əhalisi çox qədim xalqdır".