Züvüc və Osyodərə kəndlərində növbəti səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 15 aprel 2026-cı il tarixində növbəti səyyar qəbulunu Züvüc və Osyodərə kəndlərində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Çeşman, Zövnə, Arta və Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osyodərə, Biləvər, Bülüdül, Geskon, Gəndov, Xanəgah, Kekonu, Şivlə kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, avtomobil yollarının təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.







