Züvüc kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 03 aprel 2024-cü il tarixində növbəti səyyar qəbulunu Züvüc kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Çeşman, Zövnə və Arta kəndlərinin sakinləri iştirak edib.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, avtomobil yollarının təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.