Zərigümaco və Hamarmeşə kəndlərində səyyar qəbul keçirilib
08 fevral 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran, Zərigümaco, Qışlaq və Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hamarmeşə, Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Peştətük, Haran, Kıncıvo, Kornədi, Sipyəreqon, Sivəkəran və Təbrizli kəndlərinin sakinləri ilə keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, qaldırılan problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.