Zərdəbərə kəndində səyyar görüş-qəbul keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19 aprel 2023-cü il tarixdə Zərdəbərə kəndində Nuravud kənd inzibati ərazi dairəsinə daxil olan Zərdəbərə, Sorsçay, Köhnə Orand və Nuravud kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Lerik rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verib
Sonra sakinlərin müraciət və təklifləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb, bəzilərinin həlli nəzarətə götürülüb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.