Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

24 oktyabr 2022 | 19:30

24 oktyabr 2022-ci il tarixində Lerik Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş konrfans keçirilib.

Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, kimya elmləri doktoru, dosent, Əfsun Sucayevin və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak edib.

Öncə konfrans iştirakçıları Lerik şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət edib, abidələrin önünə gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər.

Konfransda Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Konfransda YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev geniş mərizə ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu idi. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini, Azərbaycan xalqı bu gün Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən ali məqsədini reallaşdırmış oldu”-deyən natiq YAP Lerik rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 46-yə, üzvlərinin sayı 4 min 175 nəfərə çatıb.

Konfransda məruzə ətrafında YAP Lerik rayon təşkilatının üzvləri Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Mükafat Yaqubov, Lerik şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva və Lerik şəhər 1 saylı ərazi partiya təşkilatının sədri Pərviz Ağaxanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı çıxış ediblər.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əfsun Sucayev və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.  Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini -  tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.

Konfransda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. “Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayandığını qeyd edib. Vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Bu gün hər bir Azərbaycan vətəndaşı sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Tədbirin sonunda Lerik rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.

Keçidlər