Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

19 sentyabr 2023 | 18:32

19 sentyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Lerik şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib və Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. “Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayandığını qeyd edib. Vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Bu gün hər bir Azərbaycan vətəndaşı sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Sonra YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev geniş məruzə ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu idi. Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdığını, xalqın birlik simvoluna çevrildiyini, qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandığını vurğulayıb. Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin titanik fəaliyyətini də diqqətə çatdırıb. Həmçinin natiq YAP Lerik rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib.

Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseynbala Əliyev tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranma zərurətindən, uğurlarından söhbət açıblar və təşkilatın yaranmasının 30 illik yubileyi münasibəti ilə təbriklərini çatdırıblar.

Sonra bir qrup fəal partiya üzvünə Fəxri Fərman təqdim edilib.

Keçidlər