Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Fevralın 26-da tarixin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə tər güllər qoyaraq soyqırım qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra anım mərasimində Xocalı soyqırımına həsr olunmuş qısametrajlı sənədli filim və rayon mədəniyyət mərkəzinin kollektivinin və Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdlərinin birgə hazırladığı “Biz qayıtdıq, Xocalı!” ədəbi-bədi kompozisiya nümayiş etdirilib.
Daha sonra mərasim iştirakşıları mədəniyyət evinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Rayon ərazisində saat 17:00-da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.