Xəlifəhoni kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xəlifəhoni, Siyov, Hovil, Akuşəpeştə və Qılqılov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərin keçirilməsində əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər əraziyə təbii qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.