Vizəzəmin və Piran kəndlərində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin, eləcə də kənd ictimaiyyətinin nümayəndələriNİN iştirakı ilə rayonun Vizəzəmin və Piran kəndlərində səyyar qəbul keçirib.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, təbii qazla təchizat, içməli su probleminin həlli, yollarının təmiri və bir neçə fərdi müraciət səsləndirilib.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







