Şriftin ölçüsü :

Saytın rəngi :

Vistən kəndində növbəti səyyar qəbul keçirilib

05 noyabr 2025 | 16:52

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Vistən kəndində Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vistən, Nüvədi, Brkandul, 40-cı kilometr və Rəzəvül kəndlərinin sakinləri ilə keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər