Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vılık kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

07 may 2025 | 18:30

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 07 may 2025-ci il tarixində Vılık kəndində səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Tülüconu kənd  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Vılık, Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker və Tülü kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər