Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

16 avqust 2022 | 15:36

16 avqust 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 117 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edildi.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Vətəndaşlar müraciətlərinə baxılması üçün əlverişli və rahat şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər