Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
29 oktyabr 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, Lerik şəhərində Əsədullayev Elnur İmran oğlu, Soru kəndində Abbasov Murtuz Çingiz oğlunun və Ləkər kəndində Talıbov Təbriz Məhərrəməli oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Elnur Əsədullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğurunda", “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, şəhid Murtuz Abbasov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğurunda", “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, şəhid Təbriz Talıbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğurunda", “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunublar.