Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidləri, Səfərov Ceyhun Akif oğlu və Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsi yad edilib

21 oktyabr 2022 | 19:26

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə rayonun Cənginəvud və Piran kəndlərində Vətən müharibəsi şəhidləri Səfərov Ceyhun Akif oğlu və Cabbarov Vidadi Cəbrayıl oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədər məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.

Eyni zamanda şəhidlərin əziz xatirəsinə inşa edilmiş Peştətük kəndində “Zəfər Parkı” abidə,  Piran kəndində bulaq-abidə kompleksləri və Cənginəvud kəndində bulaq kompleksi ziyarət edilib, üzərlərinə gül dəstələri düzərək şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyəti başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri görüşüb, başsağlığı verərək onlarla səmimi söhbət edib.

Keçidlər