Vətən müharibəsi şəhidləri, Orxan Dənziyev və “3-cü dərəcəli Rəşadət” ordenli Əbülfəz Rəhmətovun xatirəsi anılıb
16 oktyabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Ambu kəndində Azərbaycan Ordusunun “N” saylı hərbi hissənin kəşfiyyat taborunun qərargah rəisi, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun və Laman kəndində əsgər Dənziyev Orxan Mübariz oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Eyni zamanda kənd qəbiristanlıqlarında torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Əhmədov Tural Əkrəm oğlu, Liftiyev Fuad Museyib oğlu və Xanmədov Tofiq Lifti oğlunun məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.