Vətən müharibəsi şəhidləri, Əsədullayev Elnur İmran oğlu, Talıbov Təbriz Məhrəməli oğlu və Abbasov Murtuz Çingiz oğlunun xatirəsi yad edilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Dövlət Sərhəd Xidmətinin general-mayoru Hafiz Musayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Lerik şəhərində Əsədullayev Elnur İmran oğlunun, Ləkər kəndində Talıbov Təbriz Məhrəməli oğlunun və Soru kəndində Abbasov Murtuz Çingiz oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədər məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.
Eyni zamanda şəhidlərin əziz xatirəsinə inşa edilmiş Soru kəndində abidə kompleksi və I Qarabağ müharibəsi şəhidi Cəfərov Təhsin Almas oğlunun məzarı ziyarət edilib, üzərlərinə gül dəstələri düzərək şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Rayon icra hakimiyyəti başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri görüşüb, başsağlığı verərək onlarla səmimi söhbət edib.