Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidləri, “Azərbaycan Bayrağı” ordenli Tarzan Haşımovun və Ceyhun Səfərovun xatirəsi anılıb

20 oktyabr 2023 | 16:56

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Bibiyani kəndində “Azərbaycan Bayrağı” ordenli Həşimov Tərzan Qəhrəman oğlunun və Cəngənəvud kəndində Səfərov Ceyhun Akif oğlu şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Eyni zamanda Bibiyani kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Şəhid ataları Qəhrəman Həşimov və Akif Səfərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Keçidlər