Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi Vidadi Cabbarovun xatirəsi yad edilib

21 oktyabr 2023 | 13:36

21 oktyabr 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə rayonun Piran kəndlərində Vətən müharibəsi şəhidi Cabbarov Vidadi Cəbrayıl oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədər məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzərək əziz xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda Piran kəndində şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzərək şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin atası Cəbrayıl Cabbarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Vidadi Cabbarov ölümündən sonra "Vətən uğurunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər