Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi Tahirli Şahin Afat oğlunun əziz xatirəsi anılıb

23 noyabr 2023 | 16:04

23 noyabr 2023-cü il tarixində Züvüc kəndində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Tahirli Şahin Afat oğlunun şəhadətinin üçüncü ildönümündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Eyni zamanda Züvüc kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidi Ağayev Lətif Xeyrulla oğlunun məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, şəhid Şahin Tahirli “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin  azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər