Vətən müharibəsi şəhidi Rəhimov Sadiq Nadir oğlunun xatirəsi yad edilib
03 noyabr 2022-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalmış Rəhimov Sadiq Nadir oğlunun şəhadətinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və kənd sakinlərinin iştirakı ilə Veri Əliabadı kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Eyni zamanda rayon icra hakimiyyəti başçısı Veri kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.
Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Sadiq Rəhimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.