Vətən müharibəsi şəhidi Əmrah Əkbərovun xatirəsi yad edilib
12 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əmrah Əkbərovun şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Livədirqə kəndində məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla ediblər.
Eyni zamanda kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin Davud Şirvanov və Əbülfəz Məmmədovun məzarları ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək şəhid ailə üzvləri ilə söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanıb.
Şəhidin babası Qədiməli Həmidov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.