Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi, Əhədov Tural Rahil oğlunun xatirəsi yad edilib

12 noyabr 2022 | 17:54

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant  Əhədov  Tural Rahil oğlu şəhadətinin ikinci ildönümündə anılıb.

Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidinin şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Əhədov Tural Rahil oğlu Kəlbəcər, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıq göstərib.

Qeyd edək ki, şəhid Tural Əhədov 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Kəlbəcərin  azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər