Vətən müharibəsi şəhidi Əbülfəz Rəhmətovun xatirəsi yad edilib
16 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun “N” saylı hərbi hissənin kəşfiyyat taborunun qərargah rəisi, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhadətə qovuşmasının dördüncü ildönümündə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhidin Ambu kəndində məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Eyni zamanda kənd qəbiristanlığında torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Əhmədov Tural Əkrəm oğlunun məzarı ziyarət olunub.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.
Şəhid Əbülfəz Rəhmətov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “3-cü dərəcəli Rəşadət” ordeni və "Vətən uğurunda" medalı ilə təltif olunmuşdur.