Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi Çingiz Babayevin xatirəsi yad edilib

10 oktyabr 2022 | 19:05

10 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi iştirakçısı şəhid Çingiz Babayevin şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Mistan kəndində məzarını ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda kənd ictimaiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksi ziyarət edilib.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək şəhid ailə üzvləri ilə söhbət etmiş, onların qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin anası Sevinc Babayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər