Vətən müharibəsi şəhidi Cavanşir Həmidlinin xatirəsi yad edilib
07 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi iştirakçısı şəhid Cavanşir Həmidlinin şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və kənd sakinləri ilə birlikdə şəhidin Çayrud kəndində məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Eyni zamanda kənd ictimaiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət edilib.
Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb.
Şəhidin atası Namiq Həmidov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.