Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi Cavadov Cəlilin xatirəsi yad edilib

27 oktyabr 2022 | 19:13

27 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidi, kapitan Cavadov Cəlil  Ağaddin oğlunun şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Cəngəmiran kəndindəki məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda şəhid kapitan Cavadov Cəlil Ağaddin oğlunun və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Cəngəmiran kəndində “Şəhidlər” abidə kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Keçidlər