Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi Cavadov Cəlilin əziz xatirəsi yad edilib

27 oktyabr 2023 | 17:44

27 oktyabr 2023-ci il tarixində Vətən müharibəsi şəhidi, kapitan Cavadov Cəlil Ağaddin oğlunun şəhadətinin üçüncü ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Cəngəmiran kəndindəki məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, ruhuna dualar oxunub.

Eyni zamanda şəhid, kapitan Cavadov Cəlil Ağaddin oğlunun və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Cəngəmiran kəndində “Şəhidlər” abidə kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Cəlil Cavadov ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni və "Vətən uğurunda", “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər