Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Həşimov Tərzan Qəhrəman oğlunun xatirəsi yad edilib

20 oktyabr 2022 | 14:24

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə rayonun Bibiyani kəndində Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Həşimov Tərzan Qəhrəman oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədər məzarını və şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda  kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhid Həşimov Tərzanın ailəsinin yaşadığı evə gələrək ailəsin ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.

Keçidlər