Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Əmrah Əkbərovun xatirəsi anılıb

12 oktyabr 2023 | 14:14

12 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əkbərov Əmrah Şahid oğlunun şəhadətinin üçüncü ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Livədirqə kəndində məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla ediblər.

Eyni zamanda kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Şirvanov Davud Xeyrulla oğlunun və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Məmmədov Əbülfəz Ağaxan oğlunun məzarları ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək şəhid ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin babası Qədiməli Həmidov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid Əmrah Əkbərov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğurunda", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər