Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü ilə əlaqədar xatirəsi yad edilib
20 may 2023-cü il tarixində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü əlaqədar tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını və adına olan parkda ucaldılmış büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək Vətən müharibəsinin qalib tərəfi kimi tarix yazıb, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olub. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər və öz qanları bahasına Vətən torpaqlarını azad ediblər. Şəhid mayor Heydərov Amid Rəbbil oğlu da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Tədbirdə şəhid atası Hüseyverdi Rəhmətov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, ehtiyatda olan polkovnik Teymur Əliyev və digərləri çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin doğum günləri münasibətilə tədbirlərin mütəmadi keçirildiyini, onların keçdiyi döyüş yolunun təbliğ edildiyini bildiriblər. Şəhid Amid Heydərovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını, Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.
Sonda şəhidin atası Rəbbil Heydərov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qağıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirib.