Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun xatirəsi yad edilib

03 oktyabr 2022 | 14:45

03 oktyabr 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı, şəhid  mayor Amid Heydərovun şəhadətinin ikinci ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər  sakinləri ilə birlikdə şəhidin Lerik şəhərində ucaldılmış büstünü və məzarını ziyarət edərək, gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri  ilə maraqlanıb.

Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər