Şriftin ölçüsü :

Saytın rəngi :

Vamazğon kəndində səyyar qəbul keçirilib

18 iyun 2025 | 15:22

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Vamazğon kəndində Nücü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vamazğon, Nücü, Davıdonu, Lərmərud və Haftonu kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Sakinlərin problem və təkliflərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər