Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Uzunömürlülərin II yaradıcılıq festifalı keçirildi

27 may 2022 | 21:50

27 may 2022-ci il tarixdə Ümummili Liderin adını daşıyan meydanda Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Uzunömürlülərin II yaradıcılıq festifalı keçirildi.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilən festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, ictimaiyyət nümayəndələri və rayonun uzunömürlü sakinləri iştirak edirdilər.

Uzunömürlülərin II yaradıcılıq festivalının sərgi hissəsində tədbir iştirakçıları uzunömürlülərin və yaradıcı insanların rəsm əsərlərindən ibarət dekorativ tətbiqi sənət nümunələri, qədim məişət əşyaları, xalçaçılıq sənətinin nümunələri, rəsm əsərləri və lerikli uzunömürlülərin şəkillərindən ibarət stendlə tanış oldular.

Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov meydanın bir hissəsində çay sürfəsi ətrafında bardaş quran uzunömürlülərə yaxınlaşaraq çay sürfəsi ətrafında onlarla söhbət etdilər və uzunömürlülərə hədiyyələr təqdim etdilər.

Festivalda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək tədbir iştirakçılarını və rayonun uzunömürlülərini salamladı, 28 may Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Lerik rayonunu Azərbaycanın ən səfalı guşələrindən biri adlandırsaq, səhv etmərik. Rayonumuzdan təbiət özünün əsrarəngiz gözəlliklərini əsirgəməmiş, bənzərsizliyi ilə məhşur olmaqla yanaşı, həm də bura gələn hər kəsi məftun edir. Nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik rayonu həm də uzunömürlülər diyarı kimi məhşurdur.

Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Təsadüfü deyil ki, Azərbaycanın ən uzunömürlü sakini, Ginnesin rekordlar kitabına daxil edilən Şirəli Müslümov rayonumuzun Barzavu kəndində 168 il yaşamışdır. Bundan başqa rayonumuzun Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl nənə Quliyeva 134 il yaşamışlar. Bu gün  yaşı 100-dən çox olan sakinimiz olmasa da, 80-90 yaşdan yuxarı yüzlərlə sakinimiz vardır. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlər diyarı kimi şöhrət tapmasına səbəb olmuşdur. Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyildir. Prezident cənab İlham Əliyevin 2010-cu il iyunun 25-də rayonumuza səfəri zamanı bu muzeydə olması və açılışını etməsi  onun yaşlı nəslə göstərdiyi qayğı və diqqətin nümunəsidir.

Ötən festifaldan sonra ölkəmizin həyatında mühüm dəyişikliklər olmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan, çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi yazılan müharibədə  müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəliyi ilə 30 ilə yaxın mənfur düşmənlərimizin işğalı altında olan torpaqlarımız azad olundu, müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edildi.

Natiq çıxışının sonunda Azərbaycan xalqının maddi və mənəvi sərvətinin zəngin olduğunu qeyd etdi. Belə möhtəşəm tədbirin keçirilməsində zəhməti olan hər bir kəsə minnətdarlığını bildirərək, milli-mənəvi irsimizin qorunub təbliğ edilməsi sahəsində hamıya uğurlar dilədi.

Festivalda Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsi Şahin Şahbazov, “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva çıxış edərək festival iştirakçılarını 28 may Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə ürəkdən təbrik etdilər. Bildirdilər ki, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik rayonu həm də uzunömürlülər diyarı kimi məhşurdur. Dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyildir. Rayonumuz nəinki, respublikamızda, həmçinin dünyada uzunömürlülərin yaşadığı ərazi kimi tanınır .

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmmədi Cəbiyevin, rayonun özfəaliyyət dərnəkləri, folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam etdirildi.

Keçidlər