Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib

12 may 2025 | 18:08

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 462 nömrəli Sərəncamına əsasən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində mayın 12-də Lənkəran Dövlət Dram Teatrının aktyorları tərəfindən Lerik Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Teatrın peşəkar aktyorlarının böyük məharətlə canlandırdıqları obrazlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, RF Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.

Keçidlər