Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi qeyd edilib
10 may 2025 | 15:45
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi qeyd edilib
Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyev anadan olmasının 102 illik yubileyi rayon sakinləri tərəfindən təntənə ilə qeyd edilib.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndərin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək sonsuz ehtiramlarını bildiriblər.







