Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tədbir keçirilib

10 may 2024 | 16:02

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Lerik Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən rəsm əsərlərinə baxış keçirilib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Tədbirdə məruzə ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarmışdır. Qurucusu və memarı olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olduğunu vurğulayıb. Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib.

Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbirdə Lerik Rayon Heydər Əliyev Mərkəzinin  direktoru Hüsaməddin Abbasov “Heydər Əliyev və Azərbaycan mətbuatı”, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı”, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov “Gənclərin milli ruhda tərbiyəsində Heydər Əliyevin rolu” mövzularında çıxış ediblər.

Gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önündə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilmişdir.

Keçidlər