Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Lerik rayonunda təntənə ilə qeyd edilib

10 may 2023 | 19:24

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Lerik Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən rəsm əsərlərinə baxış keçirilib.

Rəsmi hissədə əvvəlcə Dövlət Himni sələndirilib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat verib. Qurucusu və memarı olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olduğunu bildirib. Qeyd edib ki, dahi şəxsiyyət bütün həyatını Azərbaycan xalqına və onun müstəqilliyinə həsr edib.

Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Keçidlər