Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi həsr olunmuş dəyirmi masa keçirilib
Heydər Əliyev Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin və “Respublika qəzeti”nin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, “Respublika qəzeti” nin bölgə müxbiri Əlisəfa Həsənov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər şəxsləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsi olduğunu, ölkəmiz dünyada layiqli mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini qeyd edib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdiyini vurğulayıb.
Tədbirdə “Respublika qəzeti”nin bölgə müxbiri Əlisəfa Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon Arxiv idarəsinin müdiri Baləddin Şükürov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan, Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan söz açıblar.