Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ağac əkmə kampaniyası keçirilib

29 mart 2023 | 18:46

29 mart 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib.

Ağacəkmə kampaniyası çərçivəsində Lerik şəhərinin park və xiyabanlarında,  rayonun idarə, müəssisə, təşkilatların həyətlərində və kənd ərazi icra nümayəndəliklərində 1800-dən yuxarı şam, sərv, akasiya, qovaq, çinar və s. cinslərdən olan müxtəlif növ ağac və gül kolları əkilib.

İməcilikdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ağacəkmə kampaniyası davam etdirilir.

Keçidlər