Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ulu Öndərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinə yekun vuruldu

07 may 2022 | 19:35

07 may 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti və YAP Lerik rayon təşkilatının dəstəyi, Lerik Rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında futbol üzrə rayon birinciliyinə yekun vuruldu.

Mükafatlandırılma mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev və Milli Məclisin deputatı İqbal Məmmədov idmançılar qarşısında çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən söhbət açdılar və birincilikdə qalib gəlmiş komandaları təbrik etdilər.  Tədbirin keçirilməsində əsas məqsədin ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi həmçinin mktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olduğunu vurğuladılar.

Qeyd edək ki, birincilikdə ümumtəhsil məktəblərini təmsil edən 8 məktəb komandası mübarizə aparmışdır. Final mərhələsinin nəticələrinə görə bütün rəqiblərində güclü oyun sərgiləyən Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin komandası I yeri,  şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın komandası II yeri, Cəngəmiran kənd tam orta məktəbin komandası III yeri tutmuşdur.

Yarışda qalib gəlmiş komandalara Lerik Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırıldı və hədiyyələr təqdim edildi.

Keçidlər