Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tikəband kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

29 sentyabr 2022 | 19:20

29 sentyabr 2022-ci il tarixdə rayonun Tikəband kəndində I Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov və kənd ağsaqqalları tərəfindən bulaq kompleksinin üzərindən örtük götürülüb və önündə gül-çiçək dəstələri qoyulub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid ailələrini və kənd sakinlərini salamlayıb və bulaq kompleksinin tikintisində dəstəy göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Sonra rayon rəhbəri Vətən Müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.

Şəhid qardaşı Ruslan Süleymanov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Tikəband kəndində kənd ictimaiyyətinin dəstəyi ilə inşa edilmiş körpünün və 45 evə çəkilmiş su xəttinin açılışında iştirak edib.

Keçidlər