Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

01 avqust 2022 | 17:06

Lerik Rayon İcra Hakimiyyətinin 2022-ci ilin iş planına uyğun olaraq 01 avqust 2022-ci il tarixdə rayon icra hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi.

İclasda rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, İƏD üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Şura iclasını giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov açaraq gündəlikdə duran məsələləri onların diqqətinə çatdırdı və müzakirələrdə fəal iştirak etməyi tövsiyyə etdi.

İclasda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, dini etiqad azadlığı ilə bağlı münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələblərinin rayonda icrasının, dini qurumlarla aparılan işin vəziyyəti barədə, “Azərbaycan Respublikası Prezidenti tərəfindən 06 iyun 2012-ci il tarixdə 648 nömrəli Fərman ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3-cü maddəsinin 3.1-16-cı bəndinin tələblərinə uyğun olaraq 2022-ci ilin birinci yarımilində rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu işinin təşkili, yerlərdə görüş-qəbulların keçirilməsi və deyilmiş rəy, təklif və tənqidi qeydlərin icra vəziyyəti barədə və 2022-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə arayışlar dinlənildi.

Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsinin müdiri Qağayı Məmmədov, rayon maliyyə şöbəsinin rəisi Hafiz İmanov, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mahmud Zaidov, rayon təhsil sektorunun müdiri Zöhrab Salayev və rayon mərkəzi xəstəxana publik hüquqi şəxsin direktoru Maqsud Ağayev çıxış etdilər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

Keçidlər