Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Soru kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

12 iyun 2024 | 16:06

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 12 iyun 2024-cü il tarixində Soru kəndində səyyar qəbul keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əliabad, Gürdəsər, Soru və Camaşəir kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən su, yol, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər