Şonaçola kəndində növbəti səyyar görüş-qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 06 mart 2023-cü il tarixində Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çökərə, Digah, Divağac, Hiveri, Hoveri, Qələsər, Qosmalıan, Lələhiran, Şonaçola və Tatoni kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak ediblər.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayıb və bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar əsas məqsəd yerlərdəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş-qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. Səsləndirilən hər bir təklif və şikayətlər ayrı-ayrılıqda dinlənilib, onların araşdırılması və icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyyələr verilib.