Siyov və Dəstər kəndlərində sakinlərlə növbəti səyyar qəbul keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 11 mart 2026-cı il tarixində Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Qılqılov, Xəlifəhoni və Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Hamarat, Bradi və Dızdipok kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.







