Siyov və Bradi kəndlərində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 06 mart 2024-cü il tarixində Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bradi, Dəstər, Dızdipok, Hamarat və Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Qılqılov və Xəlifəhonikəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər təbii qaz xəttinin çəkilişi, yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.