Şriftin ölçüsü :

Saytın rəngi :

Siyov və Bradi kəndlərində sakinlərlə səyyar qəbul keçirilib.

14 oktyabr 2026 | 16:49

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 14 oktyabr 2026-cı il tarixində Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Qılqılov, Xəlifəhoni və Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bradi, Dəstər, Hamarat və Dızdipok kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.

Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, su, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər