Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Siyov kəndində səyyar görüş-qəbul keçirildi

18 avqust 2022 | 18:42

18 avqust 2022-ci il tarixində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Xəlifəhoni və Qılqılov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Lerik rayon İcra Hakimiyyəti başçısının Siyov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək ərazidə görülmüş işlər və mövcud problemlər haqqında məlumat verdi.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.

Keçidlər